Avropa
NATO-nun kəşfiyyat təyyarəsi Ukrayna sərhədi yaxınlığında dövrə vurur
NATO-ya məxsus “Boeing E-3A Sentry” erkən xəbərdarlıq təyyarəsi Rumıniya səmasında Qara dəniz və Ukrayna sərhədi yaxınlığında dövrə vurur.
Publika.az xəbər verir ki, bu barədə "Flightradar24" xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, saat 01:27-də təyyarə Rumıniyanın hava məkanında, təxminən 9,4 km hündürlükdə hərəkət edirdi. Bu zaman o, səmada demək olar ki, ideal bir "səkkiz rəqəmi" cızırdı.
Qeyd edilib ki, təyyarə Litvanın Şaulyay şəhərindəki aeroportdan havaya qalxıb. O, Rumıniya istiqamətinə yönələrək, yolu üzərində Ukraynanın ətrafından dolanıb və Polşa, Slovakiya, həmçinin Macarıstanın hava məkanını keçib.
Bir gün əvvəl NATO-ya məxsus "Bombardier Challenger 650 Artemis II" kəşfiyyat və hədəf göstərmə təyyarəsi yenidən Qara dəniz üzərində uçuş həyata keçirib. Hava gəmisi Rumıniyanın Konstansa şəhərindəki baza aerodromundan havaya qalxıb və akvatoriyanın neytral suları üzərində dövr edib. Bu zaman təyyarə hər hansı bir dövlətin hava məkanına daxil olmadan dənizin qərbindən şərqinə və geriyə doğru uçuşlar həyata keçirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi















.jpg)























