Avropa
Fransada dəhşətli meşə yanğınları - 10 min nəfər təxliyə olunur
Fransada 20-yə yaxın iri meşə yanğını qeydə alınıb. Nəzarətdən çıxmış böyük meşə yanğınları səbəbilə təxminən 10 000 nəfər təxliyə ediləcək.
Publika.az xəbər verir ki, Qərbi Pireney departamentinin hakimiyyət orqanları belə qərara gəlib.
Belə ki, təxminən 5 500 nəfərin yaşadığı İy-sür-Tet kommunasında tam təxliyə elan edilib. Yanğınsöndürənlər ərazini təhlükəsizləşdirənə qədər onlar Perpinyanda Mulen-a-Van ərazisində yerləşdiriləcəklər. Aspr vilayətində və ətraf ərazilərdə yerləşən 19 kommunadan və bir neçə düşərgədən isə təxminən 5 000 nəfər təxliyə edilib.
Qeyd edilir ki, bölgədə hökm sürən isti və quraq hava şəraiti vəziyyəti daha da çətinləşdirir. Yanğınların söndürülməsi zamanı azı bir yanğınsöndürən xəsarət alıb.
Yanğınlarla əlaqədar yerli və regional əhəmiyyətli avtomobil yolları, o cümlədən İspaniya istiqamətinə aparan A9 magistralı bağlanıb.
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda




























.jpg)



