Avropa
ABŞ bu ölkədən geri çəkilir: Yüzlərlə əsgər artıq çıxarıldı
ABŞ-ın Estoniyada yerləşdirilən hərbi kontingentinin böyük hissəsi ölkəni tərk edib.
Publika.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, yay aylarında ölkəyə yeni ABŞ hərbi kontingentinin gəlməsi gözlənilir və onun ilin sonuna qədər Estoniyada qalması planlaşdırılır. Lakin bununla bağlı yekun qərar hələ qəbul edilməyib.
Nazirin sözlərinə görə, məsələ ABŞ Müdafiə Nazirliyinin Avropadakı hərbi mövcudluqla bağlı apardığı altı aylıq qiymətləndirmənin nəticələrindən asılıdır.
ABŞ hərbçiləri indiyədək Estoniyanın Tapa hərbi bazasında və digər ərazilərdə xidmət edirdi. Onların sayı ümumilikdə 500–700 nəfər təşkil etsə də, hazırda ölkədə 100-dən az amerikalı hərbçi qalıb. Bu qüvvələr Polşa və ya Rumıniyada yerləşən briqadadan rotasiya əsasında Estoniyaya göndərilmişdi.
Estoniya parlamentinin milli müdafiə komitəsinin sədri Kalev Stoyçesku isə bildirib ki, ABŞ təkcə Estoniyanı deyil, NATO-nun şərq cinahındakı digər ölkələri də qeyri-müəyyən vəziyyətdə qoyub.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz













.jpg)

























