Avropa
Makron qırmızı xətti çəkdi: Artıq geri dönüş yoxdur
Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) liderlərinin fövqəladə zirvə toplantısında Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Tramp ilə münasibətlərdə "geri dönüşün olmadığını" bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" görüşdə iştirak edən liderlərə və onların yüksək vəzifəli köməkçilərinə istinadən məlumat yayıb.
Son bir ildə ABŞ-ın Avropadakı müttəfiqləri müdafiə və ticarət sahələrində güzəştlər və diplomatik addımlarla Vaşinqtonla münasibətləri sabit saxlamağa çalışıblar. Lakin Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək niyyətini açıq şəkildə dilə gətirməsi Avropa paytaxtlarında ciddi narahatlıq yaradıb və bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.
Qəzetin yazdığına görə, Emmanuel Makron toplantıda uzun illərdir səsləndirdiyi mövqeyi bir daha təkrarlayaraq bildirib ki, Avropanın təhlükəsizliyi ABŞ-dan həddindən artıq asılı vəziyyətdə qala bilməz.
"Biz bir xətt çəkirik. Geri dönüş yoxdur", - deyə Fransa prezidenti vurğulayıb.
"The Wall Street Journal" qeyd edir ki, Avropanın aparıcı siyasətçiləri sonradan həmin toplantını İkinci Dünya müharibəsinin başa çatmasından sonra formalaşmış transatlantik münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndiriblər. Nəşrin iddiasına görə, həmin görüş Avropa ölkələrinin ABŞ-dan daha müstəqil siyasi və təhlükəsizlik kursu axtarmağa başladığı mərhələnin başlanğıcı hesab olunur.
Akqabay
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz














.jpg)
























