Avropa
Bu ölkələr müharibəyə hazırlaşırlar - Rusiya hədələdi
Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Latviyanın Ukraynanın Rusiyaya qarşı mümkün hücumlarında iştirakının cavabsız qalmayacağını bəyan edib.
Publika.az xəbər verir ki, o, "RIA Novosti" agentliyinə açıqlamasında bildirib ki, əgər Latviya NATO-nun himayəsinə arxalanaraq Rusiyaya qarşı hərbi təxribatlarda iştirak edə biləcəyini düşünürsə, bu, ciddi səhvdir.
Qaluzin vurğulayıb ki, Moskva Rusiyaya qarşı pilotsuz uçuş aparatlarının buraxıldığı, hazırlandığı və onlarla bağlı qərarların qəbul edildiyi bütün məntəqələri diqqətlə izləyir.
Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidməti may ayında Ukraynanın Baltik ölkələrinin hava məkanından istifadə etməklə Rusiyaya yeni zərbələr endirməyə hazırlaşdığı barədə məlumat yayıb. Litva, Latviya və Estoniya isə öz hava məkanlarının bu məqsədlə istifadəsinə icazə vermədiklərini açıqlayıblar.
"Politico" nəşri yazır ki, Polşa, Finlandiya və Baltik ölkələri mümkün Rusiya təhlükəsinə qarşı sərhədlərini möhkəmləndirir, istehkamlar tikir və hərbi hazırlığı gücləndirirlər. Moskva isə NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi fəallığını ölkənin təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz














.jpg)
























