Avropa
Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdi
Ukrayna Rusiyanın iyulun 6-na keçən gecə həyata keçirdiyi növbəti kütləvi raket və dron hücumundan sonra BMT-nin təcili iclasının keçirilməsini tələb edib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Nazir hazırda Təhlükəsizlik Şurasına sədrlik edən Konqo Demokratik Respublikasını və Şuranın daimi üzvlərini Ukraynanın təcili iclas çağırışıını dəstəkləməyə çağırıb.
Sobiqa bildirib ki, Rusiyanın Ukraynaya atdığı hər bir raket təkcə ölkəyə deyil, bütün beynəlxalq təhlükəsizlik sisteminə yönəlmiş mesajdır.
"Ukraynaya atılan hər bir Rusiya raketi sərhədlərimizdən kənara da mesaj verir. Məqsəd dünyanı zorakılığın hüququ əvəz edə biləcəyinə, qorxunun həmrəylikdən güclü olduğuna və qəddarlığın cəzasız qalacağına inandırmaqdır", - deyə o vurğulayıb.
Nazir beynəlxalq ictimaiyyəti Rusiyanın təcavüzünün qarşısını almaq üçün qətiyyətli addımlar atmağa çağıraraq bildirib ki, zəif və gecikmiş reaksiyalar terroru dayandıra bilməz.
Xatırladaq ki, iyulun 6-na keçən gecə Rusiya Ukraynaya növbəti genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum nəticəsində Kiyevdə azı 12 nəfər ölüb, 60-a yaxın şəxs yaralanıb.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz













.jpg)

























