Avropa
Bu da 3D printerində çap olunmuş yaşayış binası: Cəmi 34 günə hazır oldu - VİDEO
Fransada Avropanın ən böyük 3D çap olunmuş mənzil binasının tikintisi başa çatıb.
Publika.az xəbər verir ki, bina üç mərtəbədən və 12 sosial mənzildən ibarətdir. Tikinti prosesi cəmi 34 gün çəkib.
Avropanın ən böyük 3D çaplı mənzil binası Fransanın Bezan şəhərində inşa edilib. “Plurial Novilia” tərəfindən “HOBO Architecture” ilə əməkdaşlıq sayəsində dizayn edilən “ViliaSprint2”, “PERI 3D Construction” tərəfindən “COBOD BOD2 3D” printerində çap edilib.
“Focus” xəbər verir ki, bina, eyni layihəçi tərəfindən ənənəvi texnologiyalardan istifadə edilərək inşa edilən başqa bir çox oxşar binanın yanında yerləşir. Lakin bu binanın inşası üç ay daha çox vaxt aparıb.
Bu, Fransada həm dəstəkləyici strukturun, həm də bütün divarların birbaşa tikinti sahəsinə çap olunduğu ilk binadır.
Əvvəlcə evin çapının 50 gün çəkməsi planlaşdırılırdı, lakin nəticədə cəmi 34 günə tamamlandı. Tikinti prosesinə yalnız üç operator nəzarət edirdi. Binanın özəyi xüsusi sementə bənzər qarışıqdan istifadə edilərək çap olunsa da, damın, pəncərələrin və elektrik naqillərinin quraşdırılması kimi tikinti işləri ənənəvi üsullarla həyata keçirilib.
Tikinti şirkətinin məlumatına görə, evin əyri fasadı və dairəvi planı yalnız 3D çap sayəsində qənaətli alınıb. Belə mürəkkəb həndəsi forma ənənəvi tikinti ilə binanın qiymətini xeyli artırardı.
Evin optimallaşdırılmış forması beton həcmini təxminən 10% azaltmağa imkan verib. Bina istilik itkisini azaltmaq üçün texnologiyalarla, eləcə də günəş panelləri və daxili isitmə ilə təchiz olunub.
Müəllif: Tural
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda




























.jpg)



