Avropa
Le Pen prezident seçkiləri ilə bağlı qərar verdi
Fransada prezidentliyə üç dəfə namizəd olmuş Marin Le Pen 2027-ci il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə o, TF1 televiziya kanalının "Saat 20:00" xəbər proqramına açıqlamasında bildirib.
Fransada prezidentliyə üç dəfə namizəd olmuş Marin Le Pen namizədliyini irəli sürmək üçün iki şərt müəyyən etmişdi: birincisi, 18 aprel 2027-ci ildə seçkilərin birinci turuna qədər namizəd olmaq hüququnu saxlamalıdır, ikincisi isə elektron qolbaq taxmamalıdır.
Marin Le Pen 7 iyul 2026-cı il tarixində "Milli Cəbhə" partiyasının Avropa Parlamentindəki deputat köməkçilərinin saxta işə götürülməsi ilə bağlı iş üzrə apellyasiya instansiyasında təqsirli bilinməsindən cəmi bir neçə saat sonra 2027-ci il prezident seçkilərində namizəd olacağını elan edib.
Onun seçkilərdə iştirak hüququndan məhrumetmə müddəti 15 aya endirilib və Paris Apellyasiya Məhkəməsi tərəfindən artıq tamamlanmış hesab edilib. Buna səbəb 31 mart 2025-ci ildə birinci instansiya məhkəməsinin çıxardığı hökmün dərhal qüvvəyə minməsi olub. Bununla belə, Le Pen elektron qolbaq taxmaqla bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İfrat sağçı partiyadan olan namizəd daha əvvəl dəfələrlə belə şərtlər altında seçki kampaniyası aparmayacağını bəyan etmişdi.
"Lakin kassasiya şikayəti vermək imkanım var. Kassasiya şikayəti apellyasiya məhkəməsinin qərarının icrasını dayandırdığı üçün seçki kampaniyasını elektron qolbaq olmadan aparacağam", – deyə o, bildirib.
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya10 Avqust 16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya10 Avqust 14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi


















.jpg)


















