Avropa
NATO-nun gələcəyi Ankarada müəyyənləşəcək - Yeni dövr başlayır
Ankarada keçirilən NATO sammitində Alyansın gələcəyini müəyyən edə biləcək yeni təhlükəsizlik modeli - "NATO 3.0" konsepsiyası əsas müzakirə mövzularından biridir.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Bildirilib ki, Donald Trampın Avropadakı ABŞ hərbi mövcudluğunu azaltmaq planları fonunda Avropa ölkələri təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməyə hazırlaşırlar.
NATO-nun baş katibi Mark Rutte bildirib ki, yeni konsepsiya "daha güclü NATO-da daha güclü Avropa" prinsipinə əsaslanacaq. Polşanın xarici işlər naziri Radoslav Sikorski isə hesab edir ki, "NATO 3.0" modelində Avropa qitənin müdafiəsinin əsas yükünü daşıyacaq, ABŞ isə əsasən xaricdən dəstək verən müttəfiq rolunda çıxış edəcək.
Məlumata görə, Rusiya təhlükəsinin artması və ABŞ-ın diqqətini Çinlə rəqabətə yönəltməsi bu transformasiyanı sürətləndirən əsas amillərdir. NATO sammitində üzv ölkələrin müdafiə xərclərinin 2035-ci ilə qədər ÜDM-in 5 faizinə çatdırılması məsələsinin də gündəmdə olacağı gözlənilir.
Sammitdə Ukraynaya hərbi dəstəyin davam etdirilməsi də əsas mövzulardan biri olacaq. Bildirilir ki, Avropa hələlik ABŞ-ın hərbi imkanlarını tam əvəz edə biləcək səviyyədə deyil. Xüsusilə nüvə çəkindirmə sistemi, hava hücumundan müdafiə, peyk kəşfiyyatı və digər yüksək texnologiyalar sahəsində Vaşinqtonun rolu hələ də həlledici hesab olunur.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz

















.jpg)



















