Avropa
Makronun sirli eynəyi yenə gündəmdə: Ankarada da taxdı - VİDEO
Fransa prezidenti Emmanuel Makron son vaxtlar rəsmi tədbirlərdə taxdığı mavi əks etdirici aviator tipli günəş eynəyi ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Makronun qapalı məkanlarda, rəsmi görüşlərdə və hətta axşam keçirilən tədbirlərdə də eyni eynəkdən istifadə etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Fransa lideri həmin eynəyi Tailand kralı Maha Vaciiralonqkorn və kraliça Sutida ilə görüşdə, Ölüm Cəzasına Qarşı 9-cu Dünya Konqresində, eləcə də son olaraq Dəməşqə səfəri zamanı Suriya rəsmiləri ilə keçirdiyi görüşlərdə də taxıb. Xüsusilə diplomatik təmaslarda bu eynəkdən istifadə etməsi beynəlxalq mediada da diqqət çəkib.
Makron daha əvvəl eynək seçimi ilə bağlı açıqlamasında bunun "Pələngin gözü" simvoluna işarə etdiyini, qətiyyət və əzmkarlığın rəmzi olduğunu bildirmişdi. Lakin mütəxəssislərin fikrincə, mavi rəngli linzaların göz sağlamlığını qoruyan xüsusi funksiyası yoxdur. Buna görə də eynəyin tibbi zərurətdən daha çox siyasi və şəxsi imicin bir hissəsi olduğu iddia edilir.
Gözündə qanama olduğu iddia edilir
Fransa mətbuatının məlumatına görə, Makronun gözündə subkonjonktival qanama (gözdəki kiçik qan damarının partlaması) yaranıb və o, bu səbəbdən günəş eynəyi taxmağa üstünlük verir. Həkimlər bildirirlər ki, bu narahatlıq təhlükəli deyil və adətən iki həftə ərzində öz-özünə sağalır.
NATO sammitinə də eynəklə qatıldı
Makron son olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın ev sahibliyi ilə Prezident Kompleksində keçirilən qəbulda da günəş eynəyi ilə iştirak edib.
NATO-ya üzv ölkələrin, eləcə də AP4 (Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya) ölkələrinin liderlərinin qatıldığı tədbirdə ailə fotosu da çəkilib. Fotoda Ərdoğan cütlüyünün sağında Emmanuel Makron və xanımı, solunda isə ABŞ prezidenti Donald Tramp yer alıb.
Makronun bu mühüm diplomatik görüşdə də günəş eynəyini çıxarmaması onun sağlamlığı ilə bağlı sualları daha da artırıb.
Fransa Prezidenti bu ilin yanvarında ölkənin cənubunda keçirilən hərbi tədbirdə də gözündə qızartı ilə görüntülənmiş, bir müddət oxşar günəş eynəyindən istifadə etmişdi.
Akqabay
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda



























.jpg)



