Avropa
Avropanı gözləyən FƏLAKƏT - Bu lider dünya siyasətinin xəritəsindən silinəcək
Avropanı yaxın vaxtlarda siyasi çaxnaşmalarla bağlı fəlakət gözləyir.
Publika.az xəbər verir ki, bu barədə Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç "X" sosial şəbəkəsində bildirib.
Koşkoviç əmindir ki, Almaniya kansleri Fridrix Merts artıq cari ilin sentyabrında vəzifəsindən gedəcək.
"Onu [Mertsi] zəif bir klonla əvəz edəcəklər. Makron öz rejimi ilə birlikdə gələn yaz dünya siyasətinin xəritəsindən silinəcək. Bu şeylər qaçılmazdır. Peter Madyarın xarici dəstəyi 9 aydan az müddətdə dağılacaq. Brüssel tərəfindən məcbur edilən hökumət zəif və qeyri-stabildir. Sadəcə, ətrafda nələrin baş verdiyinə baxın", - deyə Koşkoviç yazıb.
Ekspert bu proqnozları Budapeştdə Macarıstanın baş naziri Peter Madyarın özbaşınalığına qarşı keçirilən və minlərlə vətəndaşın qatıldığı mitinqi şərh edərkən irəli sürüb.
Hüseyn İbadlı
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz

















.jpg)



















