Avropa
Rusiya dron ordusunu NATO ilə böyük müharibəyə hazırlayır
Rusiya pilotsuz uçuş aparatları (PUA) qüvvələrini Qərblə mümkün genişmiqyaslı qarşıdurmaya hazırlayır.
Publika.az xəbər verir ki, bu iddia "Forbes" nəşrində dərc olunan məqalədə yer alıb.
Nəşr Rusiyanın pilotsuz sistemlər üzrə eksperti, CNA və CNAS analitik mərkəzlərinin müşaviri Samuel Bendettin fikirlərinə istinad edib. Bildirilib ki, avqustda keçiriləcək ənənəvi "Dronnitsa" forumu bu il "NATO ilə böyük müharibəyə hazırlıq" şüarı altında təşkil olunacaq. Tədbirdə PUA operatorları, hərbçilər və istehsalçılar yeni texnologiyaları nümayiş etdirəcək, həmçinin müasir döyüş taktikalarını müzakirə edəcəklər.
Bendettin sözlərinə görə, burada söhbət siyasi bəyanatlardan deyil, döyüş təcrübəsinin təhlil olunduğu, yeni həllərin və rəqibin taktikasının öyrənildiyi texniki platformadan gedir.
Məqalədə qeyd olunub ki, Moskvanın bu istiqamətdə fəaliyyətini sürətləndirməsinə Ukraynada müharibənin gözlənilən nəticəni verməməsi də təsir edib.
Ekspertin fikrincə, Rusiya son aylarda Baltikyanı ölkələrə yaxın ərazilərdə 100 mindən çox hərbçinin yerləşdirilə biləcəyi yeni hərbi bazalar inşa edir. Bununla belə, o, Rusiyanın NATO-ya hücumunun qaçılmaz olduğunu iddia etmir, lakin belə ssenariyə hazırlığın diqqətdən kənarda qalmamalı olduğunu vurğulayır.
Məqalədə ABŞ-İran qarşıdurmasına da toxunularaq bildirilib ki, pilotsuz aparatların kütləvi istifadəsi yaxşı qorunan hərbi obyektlərə belə ciddi zərbələr endirməyin mümkün olduğunu göstərib.
Nəşr qeyd edib ki, Rusiya hazırda xeyli sayda "Şahed" zərbə dronlarına və FPV tipli pilotsuz uçuş aparatlarına malikdir. Bu sistemlərin gələcək hərbi əməliyyatlarda mühüm rol oynaya biləcəyi vurğulanır.
Akqabay
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda



























.jpg)



