Avropa
Aİ uşaqlar üçün sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq edəcək
Avropa Komissiyası uşaqların sosial şəbəkələrdən istifadəsinin yaratdığı risklərlə bağlı ekspert hesabatı hazırlayıb. Sənədin Aİ üzrə yaş məhdudiyyətinin tətbiqinə zəmin yaradacağı bildirilir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Psixoloqlar da daxil olmaqla onlarla mütəxəssisin hazırladığı hesabatın bazar ertəsi açıqlanacağı gözlənilir. Sənədin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Aİ üzrə vahid yaş məhdudiyyətinin tətbiqi təşəbbüsündə mühüm rol oynayacağı qeyd edilir.
Avropa rəsmilərindən birinin sözlərinə görə, hesabat sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı elmi əsaslar təqdim etməklə bu məsələyə skeptik yanaşan üzv dövlətləri inandırmağı hədəfləyir.
Bildirilib ki, Ursula fon der Lyayen sosial şəbəkələrdən istifadə ilə bağlı ümumavropa yaş məhdudiyyəti planını sentyabr ayında təqdim edəcək. Yeni qaydalar rəqəmsal platformaları müəyyən edilmiş yaş həddinə çatmayan uşaqların hesab yaratmasına mane olmağa məcbur edə bilər.
Qeyd edək ki, Fransa, İspaniya, Almaniya, Danimarka və Yunanıstan da uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qaydalar üzərində işləyir. Avstraliya isə 16 yaşdan kiçik şəxslərin ən böyük sosial şəbəkələrdə qeydiyyatını qadağan edən ilk ölkə olub.
-
Hadisə16:28“David Seliverstov” işində yeni ŞOK detallar - Saxta vəsiqələr, qaranlıq keçmiş və sürətli qaçış(VİDEO)
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
MDB14:30Şarl de Qollun nəvəsinin rus sevgisi: "Səxavətli, dərin inanclı rus ruhu..."
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır























.jpg)





.jpg)








