Avropa
Baş nazir Prezidenti impiçmentlə hədələdi - Beş gün vaxtı var
Macarıstanın Baş naziri Peter Madyar respublika Prezidenti Tamaş Şuyoku, istefaya getməsini nəzərdə tutan Konstitusiyaya düzəlişi imzalamayacağı təqdirdə impiçmentlə hədələyib.
Publika.az xəbər verir ki, bunusiyasətçi özünün Facebook səhifəsində bəyan edib.
"Parlament Konstitusiyaya 17-ci düzəlişi qəbul edəcək. Prezidentin onu imzalamaq üçün beş günü olacaq. Əgər o, bunu etməsə, ona qarşı impiçment proseduru başlana bilər", - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, deputatlar ölkənin Əsas Qanunlarına ediləcək dəyişikliklə bağlı səsverməni iyulun 13-də, bazar ertəsi keçirəcəklər.
Daha əvvəl Budapeştdə Madyarın təklif etdiyi düzəlişə qarşı mitinq keçirilib. Bir neçə min insan ölkə prezidentinin iqamətgahına gəlib. Mitinq müxalifətdəki "Fides" partiyası və Xristian-Demokrat Xalq Partiyası tərəfindən təşkil olunub və şüar "Özbaşınalığı dayandıraq" ifadəsi olub.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)



.png)


















