Avropa
Le Pen prezidentlik kampaniyasının şüarını açıqladı
Fransa prezidentliyinə namizəd, sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen seçki kampaniyasına ölkənin dirçəlişi şüarı ilə başlayacağını bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə "Journal du Dimanche" qəzetinə müsahibəsində məlumat verib.
"Söhbət ilk növbədə Fransanın praktik mənada dirçəlişindən gedir: sənayemizin, səhiyyə sistemimizin, məktəblərimizin, təhlükəsizliyimizin və suverenliyimizin dirçəldilməsindən", - deyə siyasətçi bildirib.
O, həmçinin Fransanın sərhədlərinə lazımi nəzarətin bərpa edilməsinin vacib olduğunu qeyd edib.
Bundan əlavə, Le Pen qarşıdan gələn seçkilərdə əsas rəqiblərindən biri olan mərkəzçilərin ölkənin hazırkı prezidenti Emmanuel Makronun xəttini davam etdirəcəkləri fikrini ifadə edib.
Siyasətçi onu da əlavə edib ki, prezident kampaniyasında iştirak etmək üçün qanuni imkanı olduğu müddətcə bunu etməyə davam edəcək.
İyulun 7-də Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edəcəyini elan edib.
Elə həmin gün Paris Apellyasiya Məhkəməsi Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə Le Penə qarşı çıxarılan ittiham hökmünü təsdiqləyib. Bununla belə, məhkəmə siyasətçiyə verilən cəzanı üç ilədək azaldıb. Bunun bir ilini o, elektron qolbaqla, qalan iki ilini isə şərti olaraq keçirəcək. Le Pen 2027-ci il prezident seçkilərində rəsmi olaraq iştirak edə biləcək.
Martın 31-də Le Pen və "Milli Birlik" partiyasından olan səkkiz deputat Avropa Parlamentində köməkçilərin işə götürülməsi üçün nəzərdə tutulmuş vəsaitləri mənimsəməkdə təqsirli biliniblər. Siyasətçi ilkin olaraq dörd il müddətinə azadlıqdan məhrum edilmiş və beş il müddətinə dövlət hakimiyyəti orqanlarına seçilməkdən məhrum edilmişdi. Onun cəzasını ev şəraitində, elektron qolbaqla çəkməsinə qərar verilmişdi.
Hüseyn İbadlı
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda




























.jpg)



