Avropa
Avropa ölkəsində üç nüvə reaktoru bağlandı
Fransanın enerji şirkəti EDF, isti hava şəraiti fonunda üç nüvə reaktorunun fəaliyyətini dayandırmaq və daha 8 reaktorun gücünü azaltmaq məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, bu barədə "Parisien" nəşri şirkətə istinadla məlumat yayıb.
Qaronne çayı sahilindəki "Qolfeş" AES-in 2 nömrəli, Rona çayı sahilindəki "Büje" AES-in 3 nömrəli, həmçinin Meza çayı sahilindəki "Şo" AES-in 2 nömrəli reaktorları hava şəraiti ilə əlaqədar, habelə tullantılar haqqında qərarlara riayət etmək və ətraf mühiti qorumaq məqsədilə dayandırılıb. Nəşrdə həmçinin "Sent-Alban", "Büje", "Blaye", "Şo" və "Trikasten" atom elektrik stansiyalarındakı reaktorların gücünün azaldıldığı qeyd olunur.
Fransanın ekoloji normaları çayların temperaturu həddi aşdıqda, EDF-ni nüvə reaktorlarının gücünü azaltmağa məcbur edir. Ölkədə hökm sürən isti hava səbəbindən çaylardakı suyun temperaturu kritik həddə çatıb ki, bu da operatoru belə tədbirlər görməyə vadar edib.
Fransa, bir sıra digər Avropa ölkələri kimi, son həftələrdə anomal istilərin təsirinə məruz qalıb. İyunun sonunda ölkənin meteorologiya xidməti bununla bağlı 96 departamentdən 72-sində ən yüksək təhlükə səviyyəsi elan etmişdi.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)



.png)


















