Avropa
Parisdə silahla dolu avtomobil tapıldı - 300 sakin təxliyə olundu
Fransanın Milli Antiterror Prokurorluğu (PNAT) Parisin şimal ətrafında yerləşən Sarsel kommunasında silahla dolu avtomobilin aşkar edilməsindən sonra istintaqı öz icraatına götürdüyünü açıqlayıb.
Publika.az xəbər verir ki, hadisə şənbə axşamı baş verib. Yerli mətbuatın məlumatına görə, avtomobil sinaqoqun yaxınlığında aşkar edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində 300 nəfər yerli sakin ehtiyat məqsədilə təxliyə olunub.
PNAT-ın BFM telekanalına verdiyi məlumata əsasən, iyulun 12-də rəsmi olaraq terror məqsədilə insanlara qarşı ağır cinayətlərin hazırlanması üçün cinayətkar birliyin yaradılması, həmçinin terror fəaliyyəti ilə əlaqəli A və B kateqoriyalı silahların daşınması, saxlanılması və əldə edilməsi maddələri üzrə cinayət işi başlanıb.
İstintaqa xüsusi xidmət və hüquq-mühafizə orqanları cəlb olunub. İşin həssaslığı və aşkar edilən silahların xarakteri nəzərə alınaraq, araşdırmanın aparılması Fransanın ixtisaslaşmış təhlükəsizlik qurumlarına həvalə edilib. İstintaq tədbirlərində Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI), Antiterror Alt İdarəsi (SDAT), Milli Məhkəmə Polisi İdarəsi (DNPJ) və Val-d'Uaz departamentinin Departamentlərarası Milli Polis İdarəsi (DIPN) iştirak edir.
Hazırda araşdırmalar davam etdirilir. Hadisənin motivləri ilə bağlı rəsmi qurumlar hələlik əlavə məlumat açıqlamayıb.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)



.png)


















