Avropa
Rusiya ilə qonşu ölkədə kilsə və saunası olan yeraltı şəhər salındı - Nəyə hazırlaşırlar?
Rusiya ilə qonşu olan NATO üzvü Finlandiyada sauna və kilsələrin yerləşdiyi yeraltı bomba sığınacağı şəhəri yaradılıb.
Publika.az xəbər verir ki, Britaniyanın "The Times" qəzetinin yazdığına görə, Rusiya ilə nüvə müharibəsi ehtimalına qarşı Finlandiyanın paytaxtı Helsinkidə belə sığınacaqlar tikilir.
“Helsinki tipik Skandinaviya paytaxtı kimi görünə bilər, amma küçələrinin altında 5500 sığınacaqdan ibarət yeraltı şəhər yerləşir ki, bu da nüvə zərbəsi və ya hücumu halında təxminən bir milyon insanı yerləşdirmək üçün kifayətdir”, - məqalədə deyilir.
Təhlükəsizlik Departamentinin əməkdaşı Yukk-Pekki Şroderus məlumat paylaşıb ki, yeraltı sahə sülh dövründə boş qalmaması üçün icarəyə verilir. Bu, sığınacaqların düzgün işləməsini və fövqəladə hallara hazır olmasını təmin edir.
Yeraltı şəhərə su sürüşmələri olan Olimpiya ölçülü üzgüçülük hovuzları, saunalar, kartinq yolları, skeyt parkları, kilsələr və ox atma mərkəzləri daxildir.
Müəllif: Tural
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)



.png)


















