Avropa
Qərbi Avropada dəhşətli istilər: 10 mindən çox insan öldü
İyunun sonunda Qərbi Avropanı bürüyən anomal istilər nəticəsində 27 Avropa ölkəsində 10 mindən çox əlavə ölüm halı qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ölənlərin 9 mindən çoxu 65 yaşdan yuxarı şəxslər olub. Mütəxəssislər bildiriblər ki, həddindən artıq isti hava istilik vurmasına səbəb olmaqla yanaşı, ürək-damar və tənəffüs sistemi xəstəliklərini də ağırlaşdırır. Bu səbəbdən yaşlı insanlar ən yüksək risk qrupuna daxildir.
Ən yüksək temperatur iyunun 22-28-i həftəsində qeydə alınıb. Həmin günlərdə Fransa, İspaniya, Böyük Britaniya və bir sıra digər ölkələrdə rekord istilər müşahidə olunub. Araşdırmaçılar ölüm sayının artmasını izah edə biləcək COVID-19 kimi başqa böyük amillər aşkar etməyiblər.
Müqayisə üçün qeyd olunur ki, bundan əvvəlki səkkiz həftə ərzində bu ölkələrdə həftəlik ölüm sayı normadan orta hesabla 500 nəfər az olub.
Belçikanın "Sciensano" İctimai Səhiyyə İnstitutunun məlumatına görə ölkədə ölüm göstəricisi 2000-ci ildən bəri müşahidə olunan bütün isti hava dalğaları arasında ən yüksək səviyyəyə çatıb.
Anomal istilər Avropada elektrik enerjisi təchizatında fasilələrə, məktəblərin bağlanmasına və yeni temperatur rekordlarının qeydə alınmasına da səbəb olub. Həmçinin bəzi ölkələrdə dəmir yolu nəqliyyatında problemlər yaranıb, spirtli içkilərin satışına məhdudiyyətlər tətbiq edilib və turistik məkanların iş rejimi dəyişdirilib. Parisdəki Eyfel qülləsi və Luvr muzeyi də ziyarət saatlarını qısaldıb.
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir













.png)






.jpg)


















