Avropa
Rusiya dronu bu ölkədə partladı
Rusiya dronu Moldovaya düşərək partladı
Rusiyanın Ukraynaya növbəti hava hücumu zamanı "Şahed" tipli pilotsuz uçuş aparatı Moldova ərazisinə daxil olaraq ölkənin Kauşan rayonunun Kopanka kəndi yaxınlığında yerə düşüb və partlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Newsmaker" məlumat yayıb.
Moldova Baş Polis İnspektorluğunun məlumatına görə, hadisə yerli vaxtla gecə saat 01:03 radələrində qeydə alınıb. Əraziyə polis və yanğınsöndürənlər cəlb olunub. İlkin məlumata əsasən, xəsarət alan olmayıb. Hadisə yeri mühasirəyə alınıb, araşdırma aparılır.
Moldovanın Müdafiə Nazirliyi isə təsdiqləyib ki, söhbət Rusiyaya məxsus "Şahed" tipli pilotsuz uçuş aparatından gedir. Dron Rusiyanın Odessa vilayətinə hücumu zamanı Moldova hava məkanını pozub.
Nazirlik bəyan edib ki, bu hadisə Moldovanın hava məkanının növbəti dəfə kobud şəkildə pozulmasıdır və Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin regionun təhlükəsizliyi üçün yaratdığı riskləri bir daha göstərir.
Qeyd edək ki, bu, Rusiya pilotsuz aparatlarının Moldova ərazisinə düşməsi ilə bağlı ilk hadisə deyil. Daha əvvəl də oxşar insidentlər qeydə alınsa da, indiyədək insan tələfatı və ciddi maddi ziyan olmayıb.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)



.png)


















