Avropa
Fransa Rusiyanın səfirini çağıracaq - Bu hücuma görə
Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov kiberhücumlar iddiaları ilə əlaqədar tezliklə Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq.
Publika.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro “BFM TV” də açıqlama verib.
O, Fransanın kiber kampaniyada günahkar olduğu iddia edilən doqquz şəxsə və dörd şirkətə qarşı da sanksiyalar tətbiq edəcəyini söyləyib.
Diplomat Fransanın kiberhücumların hədəf aldığı 10 Avropa ölkəsindən biri olduğunu aydınlaşdırıb. Hücumlar, digərləri ilə yanaşı, nazirlikləri və şirkətləri də hədəfə alıb.
Barrot hakerlərin məqsədinin "təxribat və casusluq" olduğunu bildirib.
İyun ayında media Fransadakı haker hücumunun 70.000-dən çox dövlət işçisinə məxsus məlumatların oğurlanması ilə nəticələnə biləcəyini bildirib. Kiberhücum dövlət işçiləri üçün hazırlanmış xüsusi mesajlaşma xidməti olan “Tchap”a təsir edib.
Müəllif: Tural
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)



.png)


















