Avropa
Avropa Rusiyada qaz qoymayıb, hamısını alıb
2026-cı ilin birinci yarısında Avropa Rusiyanın flaqman “Yamal LNG” zavodundan əvvəlkindən daha çox mayeləşdirilmiş təbii qaz idxal edib.
Publika.az xəbər verir ki, Aİ-nin Rusiya qaz idxalına qoyduğu qadağa qüvvəyə minməzdən əvvəlki aylarda Sibir zavodunun demək olar ki, bütün məhsulu Avropa şirkətləri tərəfindən alınıb.
Bu barədə "Financial Times" qəzeti məlumat verir .
“Kpler” analitik şirkətinin məlumatına görə, Rusiyanın özəl şirkəti “Novatek” tərəfindən idarə olunan “Yamal LNG”dən Aİ-nin alışı ilin ilk altı ayında rekord həddə - 9,89 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artım deməkdir.
Hesablamalara görə, Avropa bu təchizat üçün çox güman ki, 6 milyard avroya qədər vəsait ödəyib.
“Kpler” məlumatlarına görə, əsas Avropa alıcıları Fransa, Belçika və İspaniya olub və onlar 2026-cı ilin birinci yarısında “Yamal”dan müvafiq olaraq 3,6 milyon, 2,9 milyon və 2,7 milyon ton idxal ediblər.
Aİ qaydaları artıq qısamüddətli müqavilələr çərçivəsində Rusiya LNG-sinin alınmasını qadağan edir, yəni “Yamal”dan Avropaya göndərilən hər bir qaz daşınması üçün idxalçı ölkənin gömrük orqanlarından satışın uzunmüddətli müqavilə çərçivəsində baş verdiyini təsdiqləməsi tələb olunur.
Aİ-nin uzunmüddətli müqavilələr çərçivəsində Rusiya mayeləşdirilmiş təbii qazının idxalına qoyduğu qadağa 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bu, Rusiyanı alternativ yollar axtarmağa məcbur edəcək. Həmin ilin sonlarında boru kəmərləri ilə qaz idxalı da qadağan ediləcək.
Müəllif: Tural
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)



.png)


















