Avropa
Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa İttifaqına bütün Qərbi Balkan ölkələrini vahid blok kimi qəbul etməyi təklif edib.
Publika.az xəbər verir ki, Vuçiç ardıcıl üzvlüklərin regionda yalnız bölünmələri dərinləşdirəcəyinə inanır. "Financial Times" qəzeti Serbiya lideri ilə müsahibə dərc edib.
"Əgər biz birləşsək, Priştina, Belqrad və digərləri arasında sərhədlər olmayacaq. Bizə regional birlik lazımdır, AB-yə qoşulanlarla ondan uzaq olanlar arasında yeni münaqişə zonası yox", - Vuçiç vurğulayıb.
Hazırda beş ölkə rəsmi olaraq AB üzvlüyünə namizəddir: Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro və Serbiya. Özünü müstəqil elan edən Kosovo da qoşulmaq üçün müraciət edib.
Lakin namizəd statusu qazanmaq onilliklərlə davam edə biləcək uzun bir səyahətin yalnız başlanğıcıdır.
Müəllif: Tural
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.png)




















