Avropa
Təyyarə ilə səmada "sıxılıram" yazdı - FOTO
"Ravenair" aviaşirkətinin pilotu sınaq uçuşu zamanı səmada "sıxılıram" (ingiliscə: "I'm bored") yazıb.
Publika.az xəbər verir ki, bu barədə BBC teleradio yayım korporasiyası məlumat yayıb.
Bildirilib ki, "Piper Tomahawk" təyyarəsinin 20 yaşlı pilotu hissə dəyişdirildikdən sonra hava gəmisinin işini yoxlamaq üçün Liverpul hava limanından havaya qalxıb. Uçuş iki saat davam edib. Bu müddət ərzində o, Böyük Britaniyadakı Uirral yarımadasının üzərindən uçub və səmada "I'm bored" ("Mən sıxılıram") ifadəsini cızıb.
"Düşünürəm ki, o, həqiqətən bir az sıxılırdı, çünki bu, sadəcə sınaq uçuşu idi. Hərçənd, qeyd etmək lazımdır ki, o, olduqca yüksək pilotaj ustalığı nümayiş etdirib", - deyə əməliyyat meneceri Ueyn Barrett bildirib.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.png)




















