Avropa
Lyayen və Avropa liderləri Kiyevə gəldi - Bu məsələlər müzakirə olunacaq
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və bir sıra Avropa ölkələrinin liderləri iyulun 15-də Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Kiyevə Serbiya prezidenti Aleksandar Vuçiç, Monteneqro prezidenti Yakov Milatoviç, Sloveniyanın Baş naziri Yanez Yanşa, Moldova prezidenti Maya Sandu və Rumıniya prezidenti Nikuşor Dan da gəlib.
Ursula fon der Lyayen "X" sosial şəbəkəsində paylaşdığı videoda bunun Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri Kiyevə 11-ci səfəri olduğunu bildirib.
O qeyd edib ki, Ukrayna son dövrdə müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm irəliləyiş əldə edib və təşəbbüs tədricən onun tərəfinə keçir.
Avropa Komissiyasının sədri müdafiə sənayelərinin inteqrasiyasını sürətləndirəcək yeni təşəbbüslərin elan ediləcəyini də vurğulayıb. Onun sözlərinə görə, bunun məqsədi silah və hərbi texnikanın daha çox və daha sürətli istehsalını təmin etməkdir.
Səfər çərçivəsində Ukraynanın Avropa İttifaqına üzvlük prosesi, eləcə də qarşıdan gələn qış mövsümünə hazırlıq məsələləri də müzakirə olunacaq.
Qeyd edək ki, bu gün Kiyevdə Ukrayna Dövlətçiliyi Günü münasibətilə tədbirlər, həmçinin "Ukrayna - Cənub-Şərqi Avropa" sammiti keçiriləcək.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü












.jpg)



.png)




















