Avropa
AGILE yaradılacaq - Aİ 115 milyon avro ayırır
Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti müdafiə sahəsində çevik və sürətli innovasiyaların dəstəklənməsini nəzərdə tutan AGILE proqramının yaradılması barədə siyasi razılıq əldə edib.
Publika.az xəbər verir ki, 115 milyon avro büdcəsi olan yeni maliyyə aləti kiçik və orta müəssisələrə, o cümlədən startap və inkişaf mərhələsində olan innovativ şirkətlərə yeni və qabaqcıl müdafiə texnologiyalarının hazırlanması üçün operativ dəstək göstərəcək.
Proqram prototiplərin real istifadəyə keçidini sürətləndirməyi, sürətli qrant mexanizmləri, sınaq və sertifikatlaşdırma imkanları təqdim etməyi nəzərdə tutur. AGILE çərçivəsində mülki texnologiyaların müdafiə məqsədləri üçün uyğunlaşdırılması da dəstəklənəcək.
Maliyyələşdirmə qərarlarının dörd ay ərzində qəbul edilməsi gözlənilir.
Yeni proqramın 2027-ci ilin əvvəlindən fəaliyyətə başlaması planlaşdırılır.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü












.jpg)



.png)




















