Avropa
Moldova Avropa İttifaqına üzvlüklə bağlı yeni planını açıqladı
Moldova 2030-cu ilədək Avropa İttifaqına (Aİ) üzv olmağı hədəfləyir.
Publika.az xəbər verir ki, bunu ölkə parlamentinin sədri və hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) lideri İqor Qrosu bildirib.
Onun sözlərinə görə, Kişinyov yay aylarının sonunadək Aİ ilə danışıqların bütün altı klasterinin açılmasına nail olmağa çalışır.
"Biz Avropa tərəfdaşlarımızı bütün altı danışıqlar klasterinin bu yayın sonunadək açılmasına layiq olduğumuza inandırmağa davam edirik. Siyasi qərar hələ qəbul edilməsə də, biz bütün şərtləri yerinə yetirir və qanunvericiliyi uyğunlaşdırırıq", - deyə Qrosu bildirib.
O vurğulayıb ki, Moldova 2028-ci ilədək Aİ ilə üzvlük danışıqlarını başa çatdırmağı, 2030-cu ildə isə Avropa İttifaqının tamhüquqlu üzvünə çevrilməyi planlaşdırır.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü












.jpg)



.png)




















