Avropa
Almaniya və Fransa strateji əməkdaşlığı dərinləşdirir
Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron iyulun 16-da Köln yaxınlığındakı Bensberq qəsrində görüşüblər.
Publika.az xəbər verir ki, görüş Almaniya-Fransa Nazirlər Şurasının iclası ərəfəsində keçirilib. Tərəflər iqtisadiyyat, energetika, təhlükəsizlik və müdafiə siyasəti üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib, iki ölkə arasında koordinasiyanın daha da gücləndirilməsinin və Avropanın strateji inkişafına yeni təkan verilməsinin vacibliyini vurğulayıblar.
İyulun 17-də isə Nörvenix aviabazasında Almaniya-Fransa Müdafiə və Təhlükəsizlik Şurasının iclası, daha sonra Brüldə Nazirlər Şurasının toplantısı keçiriləcək. Almaniya Federal Kansler İdarəsinin məlumatına görə, görüşlərin əsas mövzuları xarici və təhlükəsizlik siyasəti, eləcə də strateji əməkdaşlıq məsələləri olacaq.
Almaniya mətbuatının məlumatına əsasən, tərəflərin mart ayında razılaşdırdıqları nüvə çəkindirməsi sahəsində əməkdaşlığın praktiki icrası ilə bağlı məsələləri də nəzərdən keçirməsi gözlənilir. Bu əməkdaşlığın NATO-nun mövcud çəkindirmə mexanizmini tamamlayan Avropa təhlükəsizlik komponenti kimi qiymətləndirildiyi bildirilir.
Görüşlərin Almaniya və Fransa arasında müdafiə, enerji və digər strateji sahələrdə əməkdaşlığa yeni impuls verəcəyi gözlənilir.
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO






























.jpg)



