Avropa
Prezident Baş nazirin tələbini qəbul etdi - “Bu, qordi düyününü kəsməkdir”
Macarıstan Prezidenti Tamaş Şuyok ölkənin konstitusiyasına onun vəzifədən kənarlaşdırılmasını nəzərdə tutan 17-ci düzəlişi təsdiqləyib.
Publika.az xəbər verir ki, müvafiq bəyanat dövlət başçısının rəsmi saytında dərc olunub.
"Vicdanımın səsinə qulaq asaraq, mən onu imzaladım. Eyni zamanda, bu, azad cəmiyyətin fundamental dəyərlərinin - hüququn aliliyi, demokratiya və hakimiyyətin bölgüsü prinsipinin siyasi hakimiyyət naminə tapdalandığının sarsılmaz sübutu olaraq qalır", - deyə siyasətçi bildirib.
Şuyok vurğulayıb ki, 17-ci düzəliş ölkənin hazırkı Əsas Qanununun pozulmasıdır və bu, Macarıstanın hazırkı Baş naziri Peter Madyar tərəfindən siyasi hakimiyyətdən sui-istifadə nümunəsi kimi qiymətləndiriləcək "qordi düyününü kəsmək" (qəliz bir məsələnin radikal yolla həlli - red.) qərarlarından biridir. Respublika prezidentinin fikrincə, düzəlişin qəbul edilməsi hüququn aliliyinə, demokratiyaya və hakimiyyətin bölgüsü prinsipinə xələl gətirir.
Macarıstan konstitusiyasına 17-ci düzəlişdə belə bir müddəa var ki, ona əsasən, sənəd qüvvəyə mindiyi andan "respublikanın hazırkı prezidentinin səlahiyyətlərinə xitam verilir və parlament 30 gün ərzində yeni dövlət başçısı seçir". Düzəlişin qəbul edilməsi Madyarın Şuyokun istefası tələbinə nail olması üçün zəruri şərtdir.
Daha əvvəl Şuyok Baş nazir Peter Madyarın onun istefasına nail olmaq cəhdlərini əsas qanunun siyasi istismarı adlandırmışdı. Prezidentin sözlərinə görə, baş nazirin hərəkətləri Macarıstanın Aİ fondlarından vəsaitlərinin qaytarılmasına mənfi təsir göstərə bilər ki, bu da hüququn aliliyinə riayət olunması ilə bağlıdır.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü














.png)




















