Avropa
ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir
ABŞ Yaxın Şərqə əlavə qırıcı və yanacaqdolduran təyyarələr yerləşdirir.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Almaniyanın "Spangdahlem" aviabazasından "F-16" və Britaniyanın "Lakenheath" aviabazasından "F-35" qırıcı təyyarələri bölgəyə göndərilir. Yanacaqdolduran təyyarələr də Yaxın Şərq istiqamətində hərəkət edir.
İyunun 17-də ABŞ və İran hərbi əməliyyatların dayandırılması və yeni danışıqların başlanmasını nəzərdə tutan müvəqqəti memorandum imzalamışdılar. Lakin iyulun 8-də hücumlar yenidən başladıqdan sonra ABŞ Prezidenti atəşkəsin bitdiyini və İranla əlavə danışıqlar aparmaq niyyətində olmadığını elan etdi.
İran, ABŞ hücumları davam edəcəyi təqdirdə hücuma keçəcəyi və "məhv etmə mərhələsi"nə girəcəyi ilə hədələyib. İranın Ali Lideri Müctəba Xamenei daha sonra bildirib ki, ABŞ-ın İranla anlaşma memorandumunu pozması Amerika Prezidentinin imzasının etibarlılığını sarsıdır.
Xatırladaq ki, bir müddət əvvəl İran Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazasına raket hücumu həyata keçirib.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü














.png)




















