Avropa
Anti-Rusiya koalisiyasına daha bir ölkə qoşuldu
Şimali Makedoniya açıq şəkildə Rusiya əleyhinə "könüllülər koalisiyasına" qoşulub.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Skopyedəki səfiri Dmitri Zıkov TASS-a bildirib.
Onun sözlərinə görə, Şimali Makedoniya 13 iyulda Parisdə keçirilən görüş zamanı koalisiyaya qoşulub. Səfir qeyd edib ki, bu addım Skopyenin NATO üzvü kimi son illərdəki rəsmi mövqeyinə tam uyğundur.
Öz növbəsində, Bolqarıstanın Baş naziri Rumen Radev 13 iyulda Parisdə keçirilən görüşdən sonra ölkəsinin artıq Kiyevə maliyyə və hərbi yardımın davam etdirilməsində israr edən "könüllülər koalisiyası"nın bir hissəsi olmayacağını açıqlayıb.
Siyasətçi vurğulayıb ki, Ukraynadakı hərbi münaqişənin həlli onun uzadılmasında deyil, eskalasiyaya son qoyacaq qətiyyətli diplomatik missiyadadır.
Müəllif: Tural
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü














.png)




















