Avropa
Trampdan sonra Zelenski ilə danışdı - Görüşəcəklər
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Endi Börnemlə ilk telefon danışığını aparıb.
Publika.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesablarında məlumat yayıb.
O, Börnemlə danışmaqdan və onu Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlaması münasibətilə təbrik etməkdən məmnun olduğunu diqqətə çatdırıb.
"Ukraynaya və xalqımıza olan dəstəyin bundan sonra da güclənəcəyini çox yüksək qiymətləndirirəm. Ukrayna və Britaniya dövlətlərarası əlaqələr tarixində ən güclü tərəfdaşlığı qura bilib və biz onun ancaq genişlənməsi istiqamətində işləməyə davam edəcəyik", - Ukrayna lideri qeyd edib.
Onun sözlərinə görə, tərəflər yaxın vaxtlarda keçiriləcək görüş zamanı gələcək əməkdaşlığı, xüsusən də Avropa antiballistik koalisiyası çərçivəsində birgə işi müzakirə etmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Endi Börnem Böyük Britaniyanın Baş naziri kimi ilk telefon zəngini ABŞ Prezidenti Donald Trampa edib.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü














.png)




















