Avropa
Le Penin hesabını sındırıb görün nə paylaşdılar
Hakerlər "Milli Birlik" sağçı partiyasının lideri və Fransanın 2027-ci il prezident seçkilərində namizəd Marin "X" sosial şəbəkəsindəki hesabını sındırıblar.
Publika.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
"Marin Le Penin hesabı sındırılıb. Biz onun bərpası üzərində fəal şəkildə işləyirik", - deyə AFP-nin sitat gətirdiyi partiya nümayəndəsi bildirib.
Naməlum şəxslər Le Penin səhifəsində kriptovalyuta reklamı paylaşıblar, lakin bu elan bir neçə dəqiqə sonra yoxa çıxıb.
Partiyada hesab edirlər ki, bu insident "Milli Birlik"in saytına edilən əvvəlki haker hücumu ilə əlaqəli deyil; BFMTV telekanalının məlumatına görə, həmin vaxt naməlum şəxslər bir neçə səhifənin dizaynını dəyişdirmiş, həmçinin Marin Le Penin fotosunu Mərakeş və Əlcəzair bayraqları olan pişik şəkli ilə əvəz etmişdilər.
İyulun 7-də Marin Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edəcəyini elan edib. Amerika milyarderi İlon Mask bu bəyanatı şərh edərkən Marin Le Peni Fransanın son ümidi adlandırıb.
Emmanuel Makronun prezident postundakı səlahiyyətləri 13 may 2027-ci ildə başa çatır. O, ardıcıl iki müddət Fransa lideri vəzifəsini tutduğu üçün seçkilərdə iştirak edə bilməyəcək.
Hüseyn İbadlı
-
Elm və təhsil21:12Füzulidəki məktəbin direktoru Prezidenlərin qarşısında çıxış etdi - VİDEO
-
Rəsmi xronika21:00İlham Əliyev "Yeni Daşkənd" layihəsi ilə tanış oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika20:12Özbəkistanlı tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
-
Sosial20:00100 illik ziyarətgahı qanunsuz qazdılar: Sümüklər çıxdı - FOTO
-
Nida Xəbər 19:55Prezidentin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO
-
Magazin219:00"Klon"un 74 yaşlı ulduzu gəncliyin əsas sirrini açdı - FOTO
-
MDB18:48Tokayev vitse-prezidentin adını bu tarixdə açıqlayacaq
-
Nida Xəbər 18:36Leyla Əliyeva oğulları ilə Daşkənddə - FOTO





















.webp)


.jpg)












