Avropa
Avropa taxılsız qaldı - İsti hava məhv edib
Avropada iyun ayında baş verən isti hava iki milyard avro dəyərində taxıl məhsulunu məhv edib.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Enerji və İqlim Kəşfiyyatı Bölməsinin təhlilinə istinadən məlumat yayıb.
İtkilər milli qiymətlər əsasında hesablanıb. Məhsul itkisindən ən çox Fransa və Macarıstan əziyyət çəkib.
İstilik dalğaları Fransanın mərkəzi və cənubunda, Almaniyanın cənubunda, Avstriyada, Polşada və Macarıstanda buğda istehsalına təsir göstərib.
Qarğıdalı və buğdaya dəyən ziyana görə istehsal proqnozu təxminən doqquz milyon ton azalıb.
Fermerlər məhsuldarlıqda ciddi itkilərlə üzləşirlər və qıtlıq Ukrayna və Braziliya da daxil olmaqla idxala tələbatı artıra bilər. Müəlliflər belə bir nəticəyə gəliblər ki, Fransada daha az məhsul Şimali və Qərbi Afrikadakı alıcılara ixrac üçün mövcud olan buğda miqdarını da azalda bilər, yem qiymətlərinin artması isə yaxın aylarda heyvandarlıq istehsalçılarına təsir göstərə bilər.
ECIU-nun torpaq, qida və kənd təsərrüfatı üzrə analitiki Tom Lankaster bildirib:
"Bu, fermerlərin ciblərinə zərbə vuracaq, onların gəlirlərini azaldacaq və eyni zamanda Avropanın ərzaq təhlükəsizliyini sarsıdacaq".
Arktikada istiləşmə Avropada anormal istilik dalğalarının yaranmasına təsir göstərib. Bu hadisələr arasında əlaqəni Kamerino Universitetinin fiziki coğrafiya və iqlim riskləri üzrə professoru Massimiliano Fazzini müəyyən edib . Mütəxəssisin sözlərinə görə, Arktikada istiləşmə səbəbindən cənubdan gələn hava soyumağa vaxt tapmır və şimala nüfuz edir.
Müəllif: Tural
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)




















