Avropa
Belə davam edərsə, milyonlarla ailə qiymətlərin artması və aclıq ilə üzləşəcək - Çağırış
Ukrayna iyulun 27-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.
Publika.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.
İclas Qara dənizdəki dəhliz ilə gəmi hərəkətinin Rusiya Silahlı Qüvvələrinin zərbələri səbəbindən dayandırılması ilə əlaqədar olaraq keçiriləcək.
O bildirib ki, Rusiya qlobal ərzaq təhlükəsizliyini girov saxlayır.
Sibiqa son bir neçə gün ərzində Rusiya hərbçilərinin mülki yük gəmilərini bombaladığını və nəticədə onlarla ekipaj üzvünün həlak olduğunu diqqətə çatdırıb: "Bu gün Ukraynanın Qara dəniz dəhlizi ilə heç bir gəmi keçməyib, məhz mövsümün ən aktiv vaxtında".
Baş verənləri "qəsdən törədilən iqtisadi və humanitar terror" adlandıran nazir vurğulayıb ki, "bu addımlar davam edərsə, Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasında milyonlarla ailə qiymətlərin artması və aclıq təhlükəsi ilə üzləşə bilər".
Sibiqa bütün dövlətlərə, xüsusilə də bu vəziyyətdən zərər çəkən ölkələrə çağırış edib. O, bütün ölkələrin Rusiyadan bu hücumları dayandırmağı dərhal tələb etməli olduqlarını bildirib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)




















