Avropa
ÜST-dən Avropaya xəbərdarlıq - İstilərə pandemiyalar qədər ciddi şəkildə hazırlaşın
Avropa ölkələri səhiyyə sistemlərini pandemiyalar üçün olduğu kimi, həddindən artıq isti dövrlərə də ciddi şəkildə hazırlamalıdırlar.
Publika.az xəbər verir ki, bu barədə TASS-a Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klyuqe bildirib.
"Xəstəxanaların hazırlığına pandemiyaya hazır olmaq qədər ciddi yanaşmaq lazımdır: həddindən artıq qızmış xəstəxana otaqları, həddindən artıq yüklənmiş heyət və sıradan çıxan soyutma və informasiya sistemləri 21-ci əsrin Avropa yayı şəraitində qəbuledilməzdir", - o bildirib.
Ekspert qeyd edib ki, bu yayın verdiyi dərslər konkret və praktikdir:
"Erkən xəbərdarlıq sistemləri yalnız o zaman həyat xilas edir ki, onlardan sonra avtomatik olaraq əhali üçün sadəcə tövsiyələr deyil, ictimai səhiyyə sahəsində qətiyyətli tədbirlər həyata keçirilsin".
O, ən həssas vətəndaşların sağlamlıq yoxlamalarının aparılması, ictimai yerlərin soyudulması və açıq havada işləyən insanların iş qrafiklərinin tənzimlənməsi kimi tədbirləri misal gətirib.
Təşkilatın altı bölgəsindən biri olan ÜST-ün Avropa Regionu, Rusiya, Türkiyə, Qafqaz, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxil olmaqla, Avropa və Orta Asiyanın 53 ölkəsini birləşdirir.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)




















