Avropa
Makron göstəriş verdi: Ordu səfərbər edildi
Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən güclü meşə yanğınları ilə əlaqədar silahlı qüvvələrin səfərbər olunması barədə göstəriş verib.
Publika.az xəbər verir ki, Makron hökumətə idarələrarası böhran mərkəzinin və ordunun imkanlarından istifadə etməklə yanğınlarla mübarizənin gücləndirilməsi tapşırığını verib.
O, həmçinin Avropa Komissiyasından Aİ-nin mülki müdafiə mexanizminin işə salınmasını istəyib. Bu çərçivədə Fransanın cənub-qərbinə üç yanğınsöndürmə təyyarəsi və iki helikopter göndərilib.
Qeyd edək ki, Jironda departamentində davam edən yanğın son 50 ildə Fransada baş verən ən dağıdıcı meşə yanğınlarından biri kimi qiymətləndirilir. Yanğın nəticəsində 110 minə yaxın insan təxliyə edilib. Alovun əhatə etdiyi ərazi 14 min hektarı ötüb.
Fransanın cənub-qərbində baş verən böyük meşə yanğınları xüsusilə Atlantik sahillərində yerləşən Kap Ferret yarımadasını təhdid edib. Hakimiyyət ərazinin tamamilə boşaldılması barədə qərar verib.
-
Ekologiya12:53Sabahın hava proqnozu açıqlandı
-
MDB12:28Özbək deputat: Azərbaycanla müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil
-
Hadisə11:26Azərbaycan media heyəti Daşkənddədir - VİDEO
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO
-
Hadisə10:50Jurnalistlər Daşkəndə yola düşür - VİDEO
-
Qoroskop09:00Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Avropa08:48Alaster Kruk Rusiyaya təzyiq göstərməyin nəticələri barədə xəbərdarlıq etdi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı


























.webp)











