Avropa
Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
Berlində ötən gecə keçirilən kütləvi aksiya iştirakçılarına mikroavtobusla hücum etməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.
Publika.az xəbər verir ki, Berlində “Christopher Street Day” yürüşünün keçirildiyi ərazi yaxınlığında mikroavtobusun insanların üzərinə sürülməsi nəticəsində 1 qadın həlak olub, azı 16 nəfər xəsarət alıb.
Ötən gecə saat 22:00 radələrində baş verən hadisədən sonra sürücü avtomobili tərk edərək qaçıb. Polis hadisənin bir, yoxsa bir neçə şəxsin törətməsi ilə bağlı ziddiyyətli ifadələrin olduğunu açıqlayıb. Lakin bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib, onun 21 yaşlı Abdul B. adlı şəxs olduğu bildirilir. Yerli media şübhəli şəxsin bu ilin mayında yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığını yazıb.
Almaniya Kansleri Fridrix Merts X hesabında etdiyi paylaşımda hadisəni cəmiyyətə qarşı hücum kimi qiymətləndirib. “Biz açıq və azadlığı sevən cəmiyyətik və bunu qoruyacaq, müdafiə edəcəyik. Bu cinayətin üstü açılacaq və onu törədən şəxs qanunun tələblərinə uyğun olaraq sərt şəkildə cəzalandırılacaq”, - deyə Kansler qeyd edib.
Berlin polisi şübhəli şəxsin saxlanılması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirir. Hadisənin motivi ilə bağlı hələlik qəti açıqlanma verilməyib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















