Avropa
Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
Yunanıstanda ölkənin böyük hissəsini əhatə edən əlverişsiz hava şəraiti ilə əlaqədar 11 bölgədə ən yüksək – “qırmızı” təhlükə səviyyəsi elan olunub. Bu barədə Yunanıstanın “Proto Thema” nəşri məlumat yayıb.
Publika.az xəbər verir ki, Yunanıstan Milli Meteorologiya Xidmətinin məlumatına görə, güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan küləyin əsasən Mərkəzi Yunanıstan, Fessaliya, Mərkəzi və Qərbi Makedoniya, Epir, İon adaları, Sporad adaları və digər bölgələrdə müşahidə olunacağı gözlənilir. Bununla əlaqədar Mülki Müdafiə Baş Katibliyi yüksək hazırlıq rejimi elan edib.
Ölkənin 112 fövqəladə xəbərdarlıq sistemi təhlükə zonasındakı sakinlərin mobil telefonlarına təcili bildirişlər göndərərək onları zərurət olmadıqca evdən çıxmamağa, çay yataqlarından və dərələrdən uzaq durmağa, həmçinin mülki müdafiə orqanlarının göstərişlərinə ciddi əməl etməyə çağırıb.
Güclü yağışlar nəticəsində bir sıra bölgələrdə yolları su basıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bəzi ərazilərdə ağacların aşması və elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb. Yanğınsöndürmə və mülki müdafiə xidmətləri gücləndirilmiş iş rejiminə keçib.
Meteoroloqların son proqnozuna görə, əlverişsiz hava şəraiti tədricən zəifləsə də, ölkənin şərq və cənub hissələrində leysan, dolu və güclü külək təhlükəsi yaxın saatlarda davam edəcək. Hakimiyyət orqanları vətəndaşlara rəsmi meteoroloji xəbərdarlıqları izləməyi, zəruri olmayan səfərlərdən çəkinməyi və təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















