Avropa
Bu ölkədə fövqəladə vəziyyət - Türkiyə təyyarələr göndərdi
Türkiyə İspaniyanın meşə yanğınlarının söndürülməsində kömək edilməsi xahişinə cavab olaraq Krallığa iki təyyarə göndərib.
Publika.az xəbər verir ki, Ankara Madridin Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi vasitəsilə göndərilən çağırışını nəzərə alıb.
Türkiyənin İspaniyadakı səfirliyinin bəyanatında “dost və müttəfiq İspaniyaya bütün mümkün dəstəyin göstərilməsinə hazır olması” vurğulanıb. “Ankara təbii fəlakətlərlə mübarizədə beynəlxalq həmrəylik prinsipinə sadiqdir. İspaniyada yanğınların tez bir zamanda dayandırılmasına ümid edirik”, - deyə diplomatik nümayəndəlik vurğulayıb.
Buna cavab olaraq, Avropa Parlamentinin İspaniyadan olan üzvü Naço Sançes Amor təbii fəlakətlə mübarizədə göstərdiyi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
İspaniyanı bürüyən meşə yanğınları milli fəlakətə çevrilərək Madrid, Avila və Kastelyon şəhərlərini təhdid edib.
Güclü küləklər yanğınsöndürmə prosesinə mənfi təsir göstərir. Hakimiyyət orqanları 116 mindən çox insanı ölkənin təhlükəsiz bölgələrinə təxliyə edib.
Qeyd edək ki, son günlərdə Türkiyənin özündə də güclü meşə yanğınları qeydə alınıb, burada yanğınsöndürmə işləri bir neçə cənub və cənub-qərb əyalətini əhatə edib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















