Avropa
İnsanların üzərinə avtomobillə hücum edən şəxs güllələnərək öldürüldü
Berlin polisi Almaniyanın paytaxtının mərkəzində, Tierqarten parkı yaxınlığında avtomobili insanların üzərinə sürməkdə şübhəli bilinən şəxsin xüsusi əməliyyat zamanı güllələnərək öldürüldüyünü təsdiqləyib.
Publika.az xəbə verir ki, bu barədə yerli KİV məlumat yayıb.
"Yerli vaxtla saat 18:00 radələrində (Bakı vaxtı ilə 21:00) dünən Böyük Tierqarten ərazisində törədilmiş terror aktında şübhəli bilinən şəxs Şpandau rayonunda yerləşən bağçılıq cəmiyyətinin ərazisində aşkarlanıb. İlkin məlumata görə, o, əlində soyuq silahla əməkdaşlarımıza doğru qaçıb. Bundan sonra Berlin xüsusi təyinatlı polis qüvvələri odlu silahdan istifadə ediblər. Berlin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal reanimasiya tədbirlərinə başlasalar da, kişi hadisə yerində ölüb", – deyə hüquq-mühafizə orqanlarının X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.
Polis əlavə edib ki, hadisə ilə bağlı araşdırmalar davam etdiriləcək və istintaqın gedişi barədə işi icra edən Almaniya Baş Prokurorluğuna mütəmadi məlumat veriləcək.
Bundan əvvəl Almaniyanın bəzi KİV-ləri də avtomobillə insanların üzərinə sürən hücumda şübhəli bilinən şəxsin öldüyü barədə məlumat yaymışdı.
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu



































