Avropa
Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
Fransanın cənub-qərbində baş verən meşə yanğını Arkaşon körfəzi ətrafını bürüyərək regiondakı Bordo aqlomerasiyasına yaxınlaşır.
Publika.az xəbər verir ki, bu isə Bordodakı hərbi sənaye müəssisələri üçün ciddi təhlükədir. Belə ki, həmin ərazidə Fransanın müdafiə sənayesi üçün mühüm əhəmiyyət daşıyan müəssisələr - “Safran”, “Thales”, “Dassault” və “ArianeGroup” şirkətlərinin obyektləri yerləşir.
"ArianeGroup”un Bordodakı müəssisələri arasında M51 ballistik raketləri üçün yanacaq istehsal edən zavod, “Ariane 6” daşıyıcı raketi üçün mühərrik istehsal edən müəssisə, eləcə də Avropanın raket və silah istehsalçısı MBDA üçün raket mühərrik sistemləri istehsal edən törəmə şirkəti “Roxel France” da var.
Bu obyektlərin təhlükəsizliyinin təmin olunması üçün Fransa Silahlı Qüvvələr Nazirliyi əlavə qüvvə və vasitələr ayırıb. Ancaq ölkə mediası bildirir ki, bütün tədbirlərə baxmayaraq təhlükə getdikcə böyüyür.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































