Avropa
Estoniya Rusiya ilə sərhədi bağlayır? - Kamran Əbilov Tallinin məqsədini açıqladı
Estoniya Rusiya ilə sərhədini tamamilə bağlamayacaq.
Publika.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Tallindəki müvəqqəti işlər vəkili Kamran Əbilov Estoniyanın məqsədini açıqlayıb.
Onun sözlərinə görə, Tallinn sərnişin və yük axınını azaltmaq üçün Estoniya-Rusiya sərhədindəki nəzarət-buraxılış məntəqələrinin iş saatlarını qısaldıb.
Diplomat əmin edib ki, "Estoniya hakimiyyətinin verdiyi zəmanətlərə əsasən, görülən tədbirlər xüsusilə sərnişin və yük daşımalarının azaldılmasına yönəlib və hazırda sərhədin tam bağlanmasını nəzərdə tutmur".
Əbilov əlavə edib ki, Estoniya hakimiyyətinin bu mövqeyi, hazırda Rusiya ilə sərhədi əsasən Avropa İttifaqı vətəndaşlarının keçməsi ilə də bağlı ola bilər.
Müəllif: Tural
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































