Avropa
Almaniya Çinə qarşı gizli plan hazırlayır: Pekinin ən zəif nöqtələri axtarılır
Almaniya hökuməti mümkün ticarət münaqişəsinə hazırlaşmaq üçün Çinin iqtisadiyyatındakı zəif nöqtələri araşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Almaniya rəsmiləri Çin şirkətlərinin ticarət əlaqələrini, təchizat zəncirlərini və maliyyə göstəricilərini məxfi şəkildə təhlil edir. Məqsəd Pekinlə mümkün danışıqlarda Berlinin daha güclü mövqedən çıxış etməsini təmin etməkdir.
Almaniya hökumətinin nümayəndəsi isə ölkənin Çinə münasibətdə rəsmi siyasətinin dəyişmədiyini və özəl şirkətlərdən məcburi qaydada məlumat toplanmasının planlaşdırılmadığını bildirib.
Mənbələrin sözlərinə görə, araşdırmalar əsasən Çinin Almaniya və Avropa texnologiyalarından, komponentlərindən və elmi-texniki həllərindən hansı sahələrdə asılı olduğunu müəyyənləşdirməyə yönəlib.
Qeyd olunur ki, Berlin münasibətlərdə "qarşılıqlılıq prinsipi"nə üstünlük verir. Təzyiq vasitələri kimi gələcək tədarüklərin dayandırılması ilə yanaşı, artıq satılmış məhsullara texniki xidmətin tamamilə kəsilməsi də nəzərdən keçirilir.
Məlumata görə, Çinin asılı ola biləcəyi Almaniya şirkətləri sırasında qabaqcıl litoqrafiya avadanlıqları üçün komponent istehsal edən "Trumpf" və "Carl Zeiss", həmçinin yarımkeçirici sahəsində fəaliyyət göstərən "Siltronic", "Aixtron", "SUSS MicroTec" və "Infineon" yer alır. Siyahıya kimya, metallurgiya və məişət texnikası istehsalçıları da daxildir.
Agentlik vurğulayır ki, bu addımlar Avropa İttifaqının Çindən asılılığı azaltmağa yönəlmiş "de-risking" strategiyasının tərkib hissəsi hesab olunur. Bu siyasət Brüssel və üzv dövlətlərin artan geosiyasi gərginlik fonunda daha hazırlıqlı olmasına xidmət edir.
Müəllif: Adəm
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19 Sentyabr 19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq19 Sentyabr 18:48Ürək üçün ən faydalı üç qida































.jpg)



