Avropa
Lukaşenkoya qarşı ŞOK İTTİHAM - Ukrayna ona qarşı cinayət işi açmaq istəyir
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi respublikanın baş prokuroruna Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı cinayət işinin qaldırılması məsələsinə baxılması təklifi ilə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna Prezidentinin ofisi bununla müxalifətçilərin "Belarus Demokratik Qüvvələri Forumu"nun müraciətinə reaksiya verib. Həmin forum may ayında Zelenskidən Lukaşenkonun "hərbi cinayətlər və dövlət terroru"na görə məsuliyyətə cəlb edilməsinə nail olmağı xahiş etmişdi.
Agentliyin məlumatına görə, hazırda Belarus Prezidentinin Ukrayna məhkəməsi qarşısına çıxacağı ilə bağlı heç bir perspektiv yoxdur, lakin ona qarşı istənilən ittiham Kiyev və Belarus müxalifəti tərəfindən Qərbin ona təzyiq göstərməyə davam etməsi üçün arqument qismində istifadə oluna bilər.
İyunun 25-də Lukaşenko bildirmişdi ki, bu yaxınlarda Minskdə Ukrayna Prezidenti Volodimir Zelenskinin nümayəndələri ilə görüş keçirib. Belarus liderinin sözlərinə görə, o, həmin şəxslərdən xahiş edib ki, Ukrayna rəhbərinə Minskin münaqişəyə cəlb olunacağı təqdirdə "müharibənin keyfiyyətinin dərhal dəyişəcəyini" çatdırsınlar.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































