Avropa
Sibiqa Əraqçi ilə Tehrana MESAJ GÖNDƏRDİ
Ukrayna İranın mümkün zərbələrlə bağlı açıqlamalarına diplomatik kanallar vasitəsilə cavab verərək vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, o, İranın xarici işlər naziri Abbas Əraqçi ilə səmimi telefon danışığı aparıb. Sibiqa bildirib ki, ən çətin vəziyyətlərdə belə diplomatiya birbaşa dialoq üçün mühüm vasitə olaraq qalır və Ukraynanın əsas məqsədi gərginliyin daha da artmasının qarşısını almaqdır.
Sibiqa bir daha vurğulayıb ki, Ukraynanın bütün hərəkətləri yalnız Rusiya təcavüzünə qarşı müdafiəyə yönəlib.
"Bir daha vurğuladım ki, Ukraynanın bütün hərəkətləri yalnız ölkəmizi Rusiya təcavüzündən qorumağa yönəlib və heç vaxt mülki gəmilərə və ya mülki şəxslərə qarşı istiqamətlənməyib", – deyə Sibiqa qeyd edib.
Bundan əlavə, Ukraynanın xarici işlər naziri İran gəmisinin son insident zamanı zərər görməsi ilə bağlı məsələyə də münasibət bildirib.
"Məqsədimiz bütün hadisələrin əsas səbəbi olan Rusiya təcavüzünə qarşı mübarizə aparmaqdır. Bütün təxribatlara və itkilərə görə tam məsuliyyət Rusiyanın üzərinə düşür", – deyə Sibiqa vurğulayıb.
Telefon danışığı zamanı nazir İranı eskalasiyaya səbəb ola biləcək hər hansı addımdan çəkinməyə və Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dəstəyini dayandırmağa çağırıb.
"Bu müharibə qanunsuzdur və başa çatmalıdır. Mövqeyimiz dəyişməz olaraq qalır: Avropa və Yaxın Şərq sabitliyə, təhlükəsizliyə və sülhə layiqdir", – deyə Ukraynanın xarici işlər naziri bildirib.
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19 Sentyabr 19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq19 Sentyabr 18:48Ürək üçün ən faydalı üç qida































.jpg)



