Avropa
Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
İsveçrədə yaxın vaxtlarda gözlənilən isti hava ölkədə yanğın riskinin artmasına səbəb olacaq.
Publika.az xəbər verir ki, bu barədə İsveçrə Federal Metereologiya və İqlimşünaslıq İdarəsi ("Meteo Suisse") məlumat yayıb.
İsveçrənin demək olar ki, bütün ərazisində dördlükdən ibarət təhlükəli yanğın təhlükəsi şkalasının sondan əvvəlki, dördüncü səviyyəsi tətbiq edilib. Sürix və Bazel də daxil olmaqla bir sıra kantonlarda maksimum yanğın təhlükəsi elan olunub.
İyulun 29-da ölkəni yeni istilik dalğası bürüyəcək. Hava temperaturu +37°C-ə qədər yüksələcək, bəzi kantonlarda isə +39°C təşkil edəcək. Bundan əlavə, İsveçrədə kəskin su qıtlığı müşahidə olunur, keçən ildırımlar isə torpağın aşağı qatlarını lazımi səviyyədə nəmləndirə bilməyib.
Bir sıra kantonların hakimiyyət orqanları tonqalların qalanmasını və feyerverklərin buraxılmasını qadağan ediblər. Cenevrədə İsveçrənin Milli Günü münasibətilə avqustun 1-də keçirilən ənənəvi salyutdan imtina oluna bilər.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































