Avropa
Avropa meşə yanğınlarına qarşı keçilərə möhtac qaldı - Qeyri-adi üsul
Avropa ölkələrində meşə yanğınları ilə mübarizədə qeyri-adi üsuldan daha geniş istifadə olunmağa başlanılıb. Belə ki, keçilər və qoyunlar kol-kos və quru otları yeyərək yanğının yayılmasının qarşısını alan təbii zolaqlar yaradır.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bildirilir ki, bu üsul artıq İspaniyada tətbiq edilir. Tədqiqatçılar hesab edirlər ki, mal-qaranın otarılması Ekstremadura, Andalusiya və Valensiya bölgələrində yanğınların yayılmasını məhdudlaşdırmağa kömək edib. Kataloniyada isə "Fire Flocks" layihəsi çərçivəsində keçi və qoyun sürüləri yanğın riski yüksək olan meşə ərazilərinə yönləndirilir. Layihədə iştirak edən təsərrüfatların məhsulları xüsusi nişanla satışa çıxarılır.
Metod Avropa Komissiyası və Avropanın ən böyük fermerlər birliyi tərəfindən dəstəklənir. Lakin onun geniş tətbiqi üçün dövlət subsidiyalarına ehtiyac olduğu bildirilir. Mütəxəssislərin fikrincə, keçi yetişdirilməsi kifayət qədər gəlirli deyil və gəncləri çoban peşəsinə cəlb etmək çətinləşib.
Ekspertlər hesab edirlər ki, əsas problem dövlətlərin yanaşmasıdır. Büdcənin böyük hissəsi artıq başlamış yanğınların söndürülməsinə sərf olunur, meşələrin təmizlənməsi və profilaktik tədbirlər isə arxa planda qalır. Nəticədə istifadəsiz kənd təsərrüfatı torpaqları quru kolluqlarla örtülür və bu da alovun sürətlə yayılmasına şərait yaradır.
Madrid rəhbərliyi 3,7 min hektar ərazidə heyvanların otarılması üçün 800 min avro ayırmağı planlaşdırır. Müqayisə üçün qeyd olunur ki, təkcə bu il bölgədə baş verən yanğınlar təxminən 27 min hektar ərazini məhv edib.
Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, güclü külək zamanı közlər təmizlənmiş zolaqları da keçə bildiyi üçün keçilər yanğınlara qarşı digər mübarizə tədbirlərini tam əvəz edə bilməz.
Müəllif: Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq











.jpg)






















