Avropa
Müstəqillik Aktına imza atan ilk Baş nazir VƏFAT ETDİ
1990-cı ildə ölkənin müstəqilliyini elan etməsindən sonra Litvanın Baş naziri olan Kazimira Prunskene vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Delfi" nəşri məlumat yayıb.
"1990-cı il martın 11-də Litvanın Müstəqillik Aktını imzalayanlardan biri, professor, müstəqil Litvanın ilk Baş naziri Kazimira-Danute Prunskene vəfat edib", - nəşrin məlumatında deyilir.
Siyasətçinin ölüm xəbərini oğlu Vaydotas təsdiqləyib. Kazimira Prunskene 83 yaşında dünyasını dəyişib.
Kazimira Prunskene 1988-ci ildə Litva SSR-in iqtisadi müstəqilliyi konsepsiyasının əsas müəlliflərindən biri, həmçinin Litvanın SSRİ-dən ayrılmasına gətirib çıxaran "Sajudis" hərəkatının təsisçilərindən olub. O, hərəkatın təşəbbüs qrupunun və Seymin Şurasının üzvü idi. 1990-cı il martın 17-də Litvanın ilk hökumətinin Baş naziri vəzifəsinə təyin edilib.
2009-cu ildə bildirilirdi ki, SSRİ-nin dağılmasından sonra formalaşan ilk hökumətə rəhbərlik etmiş Prunskene sovet dövründə DTK ilə əməkdaşlıq edib. Həmin vaxt bu fakt Litvanın Lüstrasiya Komissiyası tərəfindən təsdiqlənmişdi. Lakin bir neçə il davam edən məhkəmə araşdırmalarından sonra ona qarşı irəli sürülmüş ittihamlar ləğv edilib.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq











.jpg)






















