Avropa
Zelenski Türkiyə ilə bağlı qanunu imzaladı
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə ilə Azad ticarət haqqında sazişin ratifikasiyası barədə qanunu imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında dərc olunub.
Saziş ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına, Ukrayna istehsalçıları üçün satış bazarlarının genişləndirilməsinə, biznes üçün yeni imkanların yaradılmasına, eləcə də yerli istehsalın inkişafı və modernləşdirilməsinə yönəlib.
Saziş dövlətdaxili prosedurlar başa çatdıqdan və iki ölkə arasında ratifikasiya fərmanları mübadilə edildikdən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, azad ticarət haqqında saziş 2011–2022-ci illərdə keçirilmiş 12 raunddan ibarət danışıqların yekunlarına əsasən, 2022-ci il fevralın 3-də Kiyevdə Ukraynanın Baş naziri Denis Şmıqal və Türkiyənin ticarət naziri Mehmet Muş tərəfindən imzalanıb. Türkiyə parlamenti sənədi 2024-cü il avqustun əvvəlində, Ukrayna Ali Radası isə 2026-cı il iyulun 14-də ratifikasiya edib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq











.jpg)






















